DADP-də gənc rəssamın sərgisi keçirilib

unnamed (1)Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Gənclər Təşkilatının təşəbbüsü ilə gənc rəssam Ceyhun Əmbərzadənin rəsm sərgisi keçirilib.

DADP Gənclər təşkilatının sədri Nigar Abdullayeva öncə qonaqları DADP-nin sədri Əlisahib Hüseynov və partiya üzvləri adından salamladı, sonra isə gənc rəssamı tədbir iştirakçılarına təqdim etdi. O, Ceyhun Əmbərzadənin rəsmləri haqqında məlumat verərək, belə istedadlı gənclərin ictimaiyyətə təqdim olunmasının vacibliyini vurğulayıb.
Sərgidə gənc yazarlardan Emin Piri, İntiqam Yaşar, Nuray Acalova da iştirak ediblər.
Gənc rəssamın rəsm sərgisi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
DADP Gənclər Təşkilatı bundan sonra da yaradıcı gənclərin görüşlərini keçirəcək və bu cür təşəbbüslərini davam etdirəcək.

telim1.jpg görüntüleniyor