Zarinadan doğum günü ETİRAFI: “İçimdən boylanan uşaq…”

media-hightechnic-468x90

“Doğum günümü qeyd edə bilməyəcəyəm, çünki “Komedixana”nın konsertinə hazırlaşırıq, çəkilişdə olacam. Konsert bitəndən sonra yəqin ki, dost məclisində yığışacağıq. Amma günə hədiyyələrlə başlamışam, dostlarımdan, rəfiqələrimdən hədiyyələr gəlməkdədir. İlk hədiyyəm anamdan gəldi. Uşaqlığımdan bir xatirə idi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında aktrisa Zarina Qurbanova doğüm günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Yaşı üstə yaş gələn aktrisa rəqələrin onun üçün heç bir anlam daşımadığını deyib:

“Rəqəmlər sadəcə olaraq vaxtın keçməsini göstərir. İlin dəyişməsi və yaşın göstəricisindən başqa anlamı yoxdur. Amma duyğu olaraq ağlımız böyüyür, müdrükləşirik. Əsas odur ruhuma sadiq qaldım. İçimdən boylanan uşaq heç vaxt dəyişmədi. Hələ də sevgidolu, şıltaq, dünyaya pozitiv gözlərlə baxan, sevildiyi qədər də sevən bir qız olaraq qalıb. Hələ də 5 yaşda balaca, çılğın, dəlisov qızam. Əsas odur, o uşağı sevdim, qəbullandım və başına sığal çəkməyi öyrəndim”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa