!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DADP sədri partiya üzvləriylə görüşdü

!Reklam – Yazi

unnamed (5)Demokratik Azərbaycan Dünyası Partiyasının ( DADP) qərargahında partiya sədri Əlisahib Hüseynovla partiya fəallarının görüşü keçirilib. Görüş qarşıdan gələn parlament seçkilərinin müzakirəsinə həsr olunub. Sədr Əlisahib Hüseynov tədbiri giriş sözü ilə açaraq parlament seçkilərinin önəmindən bəhs edib. O bildirib ki, bu seçkilərdə iştirak etmək hər bir vətəndaşın müqəddəs borcudur. Seçkilərdə iştirak həm də dövlətə və vətənə sədaqətin göstəricisidir.
Əlisahib Hüseynov eyni zamanda bildirib ki, DADP hər zaman olduğu kimi bu dəfə də seçkilərdə aktiv iştirak edərək dövlət və dövlətçiliyin yanında olacaq.

Partiya üzvləri də söz alaraq parlament seçkilərini müzakirə ediblər. Onlar partiya sədrinin seçdiyi siyasi kursa dəstək olduqlarını bildirib və bu yolda çalışacaqlarını dilə gətiriblər.

Sonda partiyanın seçkidə iştirakıyla bağlı məsləhətləşmələr aparılıb.

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv