Azərbaycanın daha üç idmançısının Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazandığı medallar keyfiyyətini itirib.
Bu barədə Yenicag.az-a Milli Olimpiya Komitəsindən məlumat verilib.
Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş yarışlarında bürünc medal qazanan Maqomedxan Maqomedovdan başqa digər 5 mükafatçılarımızın medalları yararsız hala düşüb.
Belə ki, cüdo üzrə digər Olimpiya çempionumuz Zelim Kotsoyev, gümüş mükafatçılar boksçu Alfonso Dominqeslə taekvondoçu Qaşım Maqomedov və bürünc medal əldə edən sərbəst güləşçi Giorgi Meşvildişvili ilə yunan-Roma güləşçisi Həsrət Cəfərovun mükafatları keyfiyyətini itirib.
www.yenicag.az