!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Daha bir idmançı Azərbaycandan getdi - 150 minə görə ...

!Reklam – Yazi

Rio-2016-da ölkəmizi təmsil etmiş kanoe-slalomçu Yure Meqliç karyerasını başa vurub. Azərbaycan Milli Avarçəkmə Federasiyadan bildirilən məlumata görə, 33 yaşlı idmançı bu ildən Avstriya millisində məşqçi kimi fəaliyyətə başlamağa qərar verib. Üçqat Avropa çempionu, Dünya çempionatı mükafatçısı Meqliç özü bu barədə qurumun mətbuat xidmətinə məlumat verib.

Yeniçağ.az üçqat Avropa çempionu, Dünya çempionatı mükafatçısı Meqliçin gəlişi və 1ildən sonra heç bir uğur əldə etmədən gedişi barədə bəzi məlumatlar əldə edib.

Meqliç 2014-cü ildə Azərbaycan vətəndaşlığını qəbul edib. Həmin vaxt 30 yaşı olan idmançı karyerasını bitirməklə bağlı qərar veribmiş. Ancaq AMAF-dan gələn təklif onun qərarını dəyişdirməsinə səbəb olub. Yerli qurum Avropa çempionunu heyətinə qatmaq üçün ona 150 min avro təklif edib. Bunun üçün o, Riodakı Olimpiya oyunlarında medal qazanmalı idi. Medal qazandığı halda bu pulun davamı da gələ bilərdi: həm müqavilədə göstərilən məbləğ artacaqdı, həm də təqaüd…

Təəssüf ki, Meqliçin millimiz üçün əldə etdiyi tək uğur Olimpiya oyunlarına lisenziya almaq oldu. Çünki təmsilçimiz Riodakı Olimpiya Oyunlarında 14-cü yerlə kifayətləndi.

Bundan sonra heç bir rəsmi turnirdə yer almayan Meqliç qərarını hələ 2016-cı ilin sonlarında veribmiş. Ancaq Federasiyanın göstərişi ilə bu qərar indi açıqlanır.

Xatırladaq ki, o, Olimpiadadan sonra AMAF-la yolları ayrılan artıq 3-cü avarçəkəndir. Federasiya ötən ilin sonlarında Olimpiya oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və Olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya ilə vidalaşıb. V. Demyanenko 7 ilə yaxın millimizin şərəfini qorusa da, İnna Osipenko-Radomskaya da bizi cəmi bir il təmsil edib.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv