Daha bir market əssasız qiymət artımına yol verdi

media-hightechnic-468x90

GB217CHRISTMAS_SC037_Supermarket_Finalİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 56 ünvanında fiziki şəxs Xalid Ağayevə məxsus “Red” marketdə apardığı yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Yenicag.az apa-ya istinadən bildirir ki, qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.

Qeyd edək ki, istehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600