Daha bir marketdə süni qiymət artımının qarşısı alındı

media-hightechnic-468x90

GB217CHRISTMAS_SC037_Supermarket_Finalİqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən istehlak bazarında aparılan monitorinqlər zamanı daha bir marketin fəaliyyətində nöqsanlar aşkarlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qurum yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi prospekti, ev 92A ünvanında yerləşən Zeydulla Məmmədova məxsus “Zeytun” marketdə aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.

Belə ki, yoxlama zamanı istehlakçılara təklif olunan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

Əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbir görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600