!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir nazir “vuruldu” və həbs edildi – İraqda

!Reklam – Yazi

122869İraq xalqı da bir nazir həbsinin şokunu yaşayır. İraqın Ticarət naziri Malas Məhəmməd və onun qardaşı həbsə atılıb.

Yenicag.az Strateq.az-a istinadən xəbər verir ki, Məhəmməd qardaşları korrupsiyada günahlandırılırlar. Ümumiyyətlə, son zamanlar İraqda bu ittiham üzrə xeyli adam cəzalandırılıb. Bunların arasında Bağdadın keçmiş bələdiyyə sədrləri Naim Abub, Əbdülhüseyn əl-Mürşidi və Elektrik Nazirliyinin yüksək çinli məmurları da var. Korrupsiya ittihamının qurbanı olan ilk nazir isə Malas Məhəmməddir.

Qeyd edək ki, İraqda davam edən ağır vətəndaş müharibəsi məmurlara dövlət əmlakını rahatlıqla mənimsəmə imkanı verir. İstənilən sahəyə yatırılan kiçik miqdarda vəsait astronomik qiymətlərlə sənədləşdirilir, sonradan “İŞİD partlatdı” adıyla sıradan çıxarılıb yeyinti faktının üstü örtülür. Ən çox korrupsiyalaşmış sahə isə Müdafiə Nazirliyidir. Məlumatlara görə, istənilən hərbi texnika öz həqiqi dəyərindən 3-4 dəfə artıq qiymətə sənədləşdirilir. İraqda əsl korrupsiyalaşmış sahələrin rəhbərləri kənarda qaldığı halda, Ticarət naziri kimi əlində ciddi güc olmayan dövlət xadimlərinin cəzalandırılması bu həbslərin korrupsiyaya qarşı mübarizə görüntüsü yaratmaq xətrinə aparıldığı qənaətini yaradır.

Təsadüfi deyil ki, keçmiş baş nazir Nuri əl-Maliki 8 il hakimiyyəti dövründə, nə az nə çox, düz 600 milyard dolları mənimsəməkdə ittiham olunur. Son zamanlar korrupsiyaya qarşı mübarizə çərçivəsində təmizləmə əməliyyatları da onun kadrlarını sıradan çıxarmağa hesablanıb. Bu prosesin əl-Malikiyə qədər uzanıb uzanmayacağı isə bilinmir. Çünki indiki baş nazir Heydər əl-Abadi belə onun kadrı  hesab olunur.

Qeyd edək ki, neftin qlobal bazarda qiymətdən düşməsi İraqda ciddi sosial narazılıqlara səbəb olub. İşçilər aylardır maaş ala bilmirlər. Bir tərəfdən də ölkə İŞİD-lə mübarizəyə xeyli vəsait xərcləməlidir. Bu isə istər-istəməz iraqlıların sosial vəziyyətini ağırlaşdırır. Bəzən bu narazılıqlar hakimiyyətə qarşı böyük etiraz aksiyalarının keçirilməsiylə müşahidə olunur. Görünür, hökumət bu narazılıqları qismən sakitləşdirmək üçün öz kiçik fiqurlarını bir-bir qurban verməyə başlayıb. Bu dəfə qurban kimi seçilmək şanssızlığı Ticarət nazirinin payına düşüb. Sabahın qurbanlığı olmaq üçün isə hələ çox nazirlər, komitə rəisləri növbələrini gözləyirlər. Necə deyərlər, hər qurbanın öz kəsim zamanı var.

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv