Daha bir ölkədə fövqəladə vəziyyətin müddəti uzadılır – 2 ay

Fransada fövqəladə vəziyyət daha iki ay uzadılır.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran məlumat verib.

Nazir bildirib ki, bununla bağlı ölkədə qanun layihəsi artıq hazırlanıb.

Qeyd edək ki, Fransada koronavirusdan ölənlərin sayı 25 minə çatmaqdadır.