!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alındı

!Reklam – Yazi

Hindistanda meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb. 

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yoluxma ölkənin Kerala ştatında baş verib.

Məlumata görə, xəstəliyin ilk daşıyıcısı yaxınlarda BƏƏ-dən qayıdıb:

“O, simptomlar müşahidə ediləndən dərhal sonra xəstəxanaya yerləşdirilib. Diaqnoz xəstəxanada təsdiqlənib”.

Qeyd edilir ki, meymunçiçəyi yeni infeksiya deyil. Uzun illər Mərkəzi Afrika üçün xarakterik olub. Lakin son dövrlərdə Avropa və ABŞ-də yayılmağa başlayıb.

Məlumatda vurğulanıb ki, xəstəlik insanlara hava damcıları ilə də keçə bilər. Simptomları səpgi, qızdırma və bədəndə ağrılardır. İnsan ölümünə də səbəb ola bilər.

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv