Daha bir prorektor işdən azad edildi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru vəzifəsindən azad olunub.
Universitetdən verilən məlumata görə, tədris işləri üzrə prorektor Rafiq Sadıqov universitetin rektoru Fərəh Əliyevanın sərəncamı ilə vəzifəsindən azad edilib.
Universitetin tərbiyə və humanitar işlər üzrə prorektoru Gülşən Əliyevanın bildirdiyinə görə, Rafiq Sadıqov universitetdə müvafiq kafedrada öz işini davam etdirir: “Rafiq müəllim sadəcə prorektor deyil, amma müvafiq kafedrada öz işini davam etdirir”.
Qeyd edək ki, sentyabrın əvvəllərində rektorun əmri ilə daha iki prorektor – elm və yaradıcılıq işləri üzrə prorektor Maral Manafova və inzibati təsərrüfat işləri üzrə prorektor Həmid Məhərrəmov vəzifələrindən çıxarılıb.