!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir süpürgəçi qadını maşın vurdu - Vəziyyəti ağırdır - VİDEO

!Reklam – Yazi

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində “Bağırov” körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

4686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv