DAK-dan sərt cavab: “Tağızadə insanlıqdan nəsibini almamış bir şəxsdir”

media-hightechnic-468x90

97148DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ

MƏTBUAT ÜCÜN AÇIQLAMA

Dünya Azərbaycanlıları Konqresinə (DAK) və onun rəhbərliyinə qarşı Tağızadə Əjdər tərəfindən son zamanlar şər və böhtan kampaniyası təəssüflər olsun ki, artıq təhqirə keçib. Mətbuatda bu şəxs tərəfindən DAK rəhbərliyi və Azərbaycan nümayəndəliyi, təşkilatın 17 illik tarixi dövründə heç bir zaman qarşılaşmadığı təhqir və böhtana məruz qalmışdır. Keçmiş DAK İdarə Heyətinin üzvü Tağızadə Əjdərin son çirkin açıqlamalarına cavab olaraq bunları bildiririk:

DAK həmsədr millət vəkili Sabir Rüstəmxanlı, DAK həmsədirlərinin müşaviri Tənzilə Rüstəmxanlı və DAK Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayevə qarşı böhtan və təhqir dolu müsahibəni şiddətlə qınayır, Tağızadənin hətta insanlıqdan nəsibini almamış bir şəxs olduğunu bəyan edirik. Verdiyi müsahibədə bütün milli maraq və dəyərlərimizi, DAK – ın Bütöv Azərbaycan uğrunda apardığı mübarizəsini tapdalayaraq İran rejimindən daha pis mövqe sərgiləyib. Bu, azmış kimi heç bir əxlaq dərəcəsinə sığmayan öz kişilik şərəfini heçə sayaraq mənəviyyatdan kənar açıqlamalar verib. Əjdərin son sərsəmləməsi nəinki onun Güney Azərbaycan üzərindən bugünə qədər apardığı ” xaltura” siyasətinin sonunu, eyni zamanda mənəvi kasadlığını və şəxsiyyət olma problemini aydınlığı ilə ortaya qoydu. DAK həmsədri Sabir Rüstəmxanlının, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə xanım Rüstəmxanlının, DAK Azərbaycan nümayəndəliyinin rəhbəri eyni zamanda BDM sədri İsmayıl Ağayevin Azərbaycan Respublikası və millətimiz qarşısındakı xidmətləri bütün ictimaiyyətimizə bəllidir və bu yolda aparılan mübarizənin qarşısını heç bir böhtan və təhqir ala bilməyəcək. Bütün bunları qeyd edərək DAK Azərbaycan nümayəndəliyi olaraq ictimaiyyətimizi Tağızadənin əməllərini qınamağa çağırırıq.

 

DAK Azərbaycan Nümayəndəliyi

18.06.2015

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600