!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Damlanı təhqir edən Elza Seyidcahana efir qadağası qoyuldu - VİDEO

!Reklam – Yazi

Əməkdar artist Elza Seyidcahan ARB-nin “Səhər-səhər” verilişində qonaq olarkən gənc həmkarı Damla ilə bağlı söylədiyi təhqiramiz fikirlərə aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, sənətçi bu fikirlərində haqlı olduğunu sübuta yetirməyə çalışıb:

“Bəstəkarlar İttifaqının üzvüyəm, musiqidən başım çıxır. Bəstəkaram və tənqidi fkirlər söyləməyə haqqım çatır. Həmin verilişdə o xanım deyil, bu cür oxuyan başqa müğənni də olsaydı, şəklini cırıb atacaqdım. Xahiş edirəm, o müğənninin adını çəkməyin. Bəli, mənim evimdə əşyalarım belə o mahnılara qulaq asa bilməz. Mən demişəm ki, itim-pişiyim o mahnıları dinləmir, it-pişik də canlı heyvandır”.

Sənətçi anasının ona efirlərə getməyə qadağa qoyduğunu da bildirib:

“Mən bu verilişə də gəlməyəcəkdim, çünki anam mənə efirə çıxmağa qadağa qoyub. Düz edir, çünki məni çağırıb hansısa müğənni barəsində sual verirlər, səhəri gün həmin müğənnini otuzdurub verilişlərində tərifləyirlər”.

Nehru

www.yenicag.az

9280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv