Danimarka baş naziri Lars Lyokke Rasmussen Türkiyə və Niderland arasında yaranan münaqişə ilə əlaqədar türkiyəli həmkarı Binəli Yıldırıma Danimarkaya səfərini təxirə salmağı təklif edib.
“Türkiyənin Hollandiyaya olan hücumlarını nəzərə alaraq görüşü bundan kənarda nəzərdən keçirmək olmaz. Mən türk həmkarlarıma görüşü təxirə salmağı təklif etdim”, – deyə Rasmussen qeyd edib.
Qeyd edək ki, baş nazirin səfəri martda baş tutmalı idi.
Xatırladaq ki, dünən Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb.
Yeniçağ.Az
www.yenicag.az