Danimarkanın xarici işlər naziri Türkiyəyə gəlir: Nələr müzakirə ediləcək?

media-hightechnic-468x90

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenin Türkiyəyə səfər edəcəyi tarix açıqlanıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) Yenicag.az-ın yerli bürosuna məlumat verilib.

Qeyd olunub ki, danimarkalı nazirin Türkiyəyə həmkarı Hakan Fidanın dəvəti ilə gerçəkləşdiriləcək rəsmi səfəri oktyabrın 27-də baş tutacaq. Səfər çərçivəsində nəzərdə tutulan görüşlərdə Türkiyə-Danimarka münasibətlərinin mühüm aspektləri müzakirə ediləcək.

Eyni zamanda, gündəlikdə olan aktual mövzular, o cümlədən, Qəzza zolağında baş verənlər, Ukrayna savaşının gedişi, Türkiyə-Avropa İttifaqı münasibətləri, bəzi Avropa ölkələrində müqəddəs Qurani-Kərimə qarşı çirkin hücumlar ətrafında fikir mübadiləsinin aparılacağı gözlənilir.

Natiq Çıraqzadə

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600