Daşınmaz əmlak bazarı: Qiymət artımı nə vaxta qədər davam edəcək?

media-hightechnic-468x90

 

media-banner_tkm

 

“Nə qədər ki, altertaniv investisiya istiqamətəri aktual deyil, nə qədər ki, vətəndaşlar alternativ investisiya yatırımları üçün fondlar, birjalar və digər bu kimi istiqamətlərə üstünlük vermirlər, onları gəlirli hesab etmirlər, o zaman təbii ki, daşınmaz əmlak yeganə prioritet kimi qalır. Buna görə də dəyərini də artırmağa davam etdirəcəkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin yeni sədri Vüqar Oruc Azərbaycanda daşınmaz əmlak bazarında son illərdə qiymət artımını şərh edərkən deyib.

Ekspert daşınmaz əmlak bazarında bahalaşmanı bir neçə amillə əlaqələndirib:

“Daşınmaz əmlak hazırda yeganə investisiya cazibədarlığı yüksək olan istiqamətdir. Nə alternativ bank sisteminə depozit qoyulması, nə də fərqli biznes sahələrinə yatırım edilməsi, nə də əlavə ticarət və xidmət daşınmaz əmlak qədər gəlir əldə etməyə imkan yaratmır. Bu da daşınmaz əmlakı cəlbedici edir. Son beş ili götürsək, hər il daşınmaz əmlak ortamı 10-15 faiz gəlir artırıb. Eyni zamanda onun faydalı məhsuldar istifadəsi əlavə gəlir əldə etməyə itmkan yaradıb. Əmlak sahibi istər icarə, istər kirayəsindən əlavə ikiqat dəyər əldə etmiş olur. Bu da təbii ki, vətəndaşlara cəlbedici görünür. Eyni zamanda bu istiqamətdə risklər də azdır. Fosmajor hadisə baş verməzsə, daşınmaz əmlak hər hansı bir problemlə üzləşmir”.

Makroiqtisadi amillərin də rol oynadığını deyən Vüqar Oruc qiymət artımının cari ilin sonuna qədər də davam edəcəyini də bildirib:

“Qiymət artımına makroiqtisadi amillər də təsir göstərir. Manatın alıcılıq qabiliyyəti, iqtisadiyyatın böyüməsi, daşınmaz əmlaka olan tələbat, urbanizasiya, və s. Bunların hamısı nə qədər aktual olacaqsa, qiymət artımı davam edəcək.
Əvvəlki illərdəki qədər olmasa da, 2026-cı ilin sonuna qədər bahalaşma davam edəcək. 2027-ci ildə yeni komplekslərin tikintisi zamanı, yaxud da yeni layihələrin icrası zamanı da qiymət artımı gözlənilir. Tutalım bir yol, yaxud da tramvay xətti çəkilirsə, təbii ki, həmin ərazidə daşınmaz əmlak qiymətlərinin dəyəri yüksələcək. Bundan əlavə Bakı şəhər Baş Planına əsasən qəzalı vəziyyətdə olan və müddəti bitən binalar sökülür, onların yerində yeni binalar tikilir. Bu da qiymətlərin artmasına səbəb olur”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05