Daşkəsəndə mülki şəxs minaya düşdü

media-hightechnic-468x90

Bəzi kütləvi informasiya vasitələrində Daşkəsən rayon sakininin Ermənistan Respublikası ilə sərhəd olan kənddə minaya düşməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, 29 avqust 2021-ci il tarixdə Tağıyev Şükür Əşrəf oğlunun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən Daşkəsən rayonu, Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən “Təkqaya” adlanan ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Daşkəsən Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa