Daşkəsəndə orta məktəbdə qanunsuzluqlarla bağlı cinayət işi başlandı

media-hightechnic-468x90

Daşkəsən rayon Şahvələdli kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan Yenicag.az-a verilən məlumata görə, araşdırmalar zamanı qeyd olunan məktəbin direktoru Roman Tağıyevin 2020-2023-cü illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitini mənimsəməsi və sair qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa