!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşqınlar 60 mindən çox insana zərər vurdu

!Reklam – Yazi

Venesuelanın cənubunda Amasonas ştatında çayın daşmasından 60 mindən çox insan zərər çəkib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki,  bunu ölkə parlamentinin deputatı Romel Quzamana deyib.

O qeyd edib ki, yaranmış vəziyyətlə bağlı hərtərəfli tədbir görmək lazımdır. Kömək göstərilməsi barədə xahiş üçün Kolumbiya səfiri ilə görüş keçirilib.

Deputatın sözlərinə görə, regionun rəhbərliyi böhranın öhdəsindən gələ bilmir və ştatda fövqəladə vəziyyət rejimi elan edilməlidir.

Ölkənin mülki müdafiə xidmətinin məlumatına görə, təbii fəlakət zonasına 20 mindən çox xilasedici göndərilib, su altında qalmış ərazilərin sakinləri üçün sığınacaqlar yaradılıb.

COP29

www.yenicag.az

1518
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv