Laboratoriyada insan yaradıla bilər? - Alimlər narahatdırlar

media-hightechnic-468x90

Elm adamları insan həyatının yaranmasını sperma və yumurta olmadan modelləşdirməyə çalışırlar.

Yenicag.az CNN-ə istinadən xəbər verir ki, onlar kök hüceyrələrdən laboratoriyada insan embrionuna bənzər strukturlar yetişdirirlər.

Bu modellər tam embrion deyil, amma inkişaf etdikcə insan embrionunun bəzi xüsusiyyətlərini nümayiş etdirirlər.

Mütəxəssislər bildirirlər ki, bu araşdırmalar sonsuzluğun səbəblərinin və insan inkişafının öyrənilməsində mühüm rol oynaya bilər. Lakin tədqiqatın sürətli irəliləyişi etik və hüquqi narahatlıqlar yaradıb. Beynəlxalq Kök Hüceyrə Araşdırmaları Cəmiyyəti (ISSCR) bu sahəyə qlobal nəzarət mexanizmi hazırlayır.

Hazırda insan embrion modelləri heç bir formada tam inkişaf etmə qabiliyyətində deyil. Lakin gələcəkdə ürək və beyin kimi orqanların ilkin formalarının inkişafı mümkündür. Tədqiqatçılar bu modellərin yalnız elmi məqsədlər üçün istifadə edilməli olduğunu vurğulayır.

Hazırkı beynəlxalq qaydalar bu modellərin insan və ya heyvan bətninə yerləşdirilməsini qadağan edir və süni bətnlərdə inkişaf etdirilməsi ideyasına da qarşı çıxılır. Tədqiqatçılar bildirir ki, məqsəd insan yaratmaq deyil, hamiləliyin erkən mərhələlərini daha yaxşı anlamaqdır.

Alimlər həmçinin xəbərdarlıq edirlər: bu modellər gələcəkdə gerçək embrionlarla fərqləndirilməsi çətin olan mərhələyə çata bilər. Bu səbəbdən, yeni elmi kəşflərin etik çərçivədə aparılması vacib sayılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa