Zərdab rayonunda yaşlı insanlar koronavirus əleyhinə peyvənd olunmayacaqları təqdirdə pensiyalarının kəsiləcəyi ilə hədələnirlər.
Rayon sakinlərinin Yenicag.az-a verdikləri məlumata görə, kənd bələdiyyələri tərəfindən yaşlı insanlar vaksin olunmağa vadar edilir.
Belə ki, bələdiyyələr “Rayon İcra Hakimiyyəti tərəfindən verilən göstərişə” əsasən yaşlı insanlara vaksin olunmayacaqları halda, pensiyalarının kəsiləcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Yeganə gəlir yerindən məhrum olmaq istəməyən yaşlılar isə məcburən vaksin olunurlar.
Qeyd edək ki, bu kimi şikayətlər digər rayonlarda da mövcuddur.
www.yenicag.az