Davam edən erməni təxribatları: "Azərbaycan antiterror əməliyyatlarına start verəcək" - HƏRBİ EKSPERT

media-hightechnic-468x90

“Təxribatlar davam edərsə, Azərbaycan antiterror əməliyyatlarına start verəcək”.

Bu sözləri yenidən müharibə ehtimalının gündəmə gəlməsini dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan müharibə etmək niyyətində deyil:

“Gərginliyi yaradan erməni tərəfidir. Bir neçə dəfə lokal toqquşmalar oldu, atəşkəs pozulması halları yaşandı. Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə öz hakimiyyətini qurmalıdır. Bunun zamanı çoxdan çatıb. Sülhməramlı qüvvələr öz missiyasını yerinə yetirə bilmir. Azərbaycan məcburdur ki, o ərazilərdə yurisdiksiyasını bərpa etsin. Erməni mediasının yazmağına baxmayaraq ehtimal etmirəm ki, Azərbaycan tərəfi müharibəyə başlasın. Lakin onlar təkrarən hansısa təxribata əl atsalar, xüsusi əməliyyatın, antiterror əməliyyatının keçirilməsi qaçınılmazdır”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600