Davudoğlu İŞİD-dən danışdı
Türkiyənin baş naziri Əhməd Davudoğlu, Suriyanın Kobani şəhərinin İŞİD terrorçu qruplaşmanın əlinə keçməsini istəmədiklərini bəyan edib.
Türkiyəli hökümət başçısı kürd şəhərin terrorçuların əlinə keçməsinə imkan verməmək üçün bütün lazımi tədbirləri görəcəyini desə də təfsilatlara varmayıb.
Kürd şəhəri Kobani və onun ətrafında olan ərazilər sentyabrın ortalarından bəri hücumlara məruz qalır, İŞİD döyüşçüləri artıq şəhər yaxınlığında yerləşən ondan çox kürd kəndini tutub.
Döyüşlər nəticəsində 160 minə yaxın suriyalı Kobani və ətraf əraziləri tərk edib. Hazırda kürd döyüşçülər İŞİD-n həmlələrinin qarşısını almağa çalışır.