Daxili işlər nazirinə cinayət işi açılıb
Rusiya İstintaq Komitəsi Ukraynanın daxili işlər naziri Arsen Avakov və Dneprpetrovsk vilayətinin qubernatoru İqor Kolomoyski haqqında cinayət işi açıb.
İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Marikin bu barədə açıqlama verib: “Avakov, Kolomiyski və Ukrayna Müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli şəxsləri dinc əhalini qəsdən öldürmək üçün hərbi əməliyyatların təşkili və idarəolunmasına cavabdehdirlər”.
Avakov və Kolomiyski “qətlin təşkil olunması, müharibə zamanı qadağan olunmuş qaydalar və metodlardan istifadə etməkdə, adam oğurluğunda və jurnalistlərin perşə vəzifələrini icra eütməsinə əngəl olmaqda ittiham olunurlar.
Bu arada Donetsk vialyətinin bir çox şəhərlərində, o cümlədən Mariupol, Slavyansk, Qorlovka, Kramatorsk və digər yaşayış məntəqələrində döyüşlər davam edir. Ukrayna Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, hərbi toqquşmalar başlayandan bəri 200-dən artıq dinc sakin dünyasını dəyişib.