Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

DÇ-2018: Braziliya, Nigeriya və İsveçrədən qələbə

Reklam: High Technic

Dünya çempionatında ikinci turun oyunları davam edir.

Yenicag.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

E qrupunda mübarizə aparan Braziliya Kosta-Rika ilə münasibətlərə aydınlıq gətirib. Braziliya son dəqiqə qollarə ilə Kosta-Rikanı 2:0 hesbalı qələbə qazanıb.

Qrupun digər matçında isə Serbiya ilə İsveçrə üz-üzə gəlib. İsveçrəlilər bu oyunda əzmkar qələbə qazanıblar.

D qrupunda mübarizə aparan Nigeriya isə İslandiya ilə qarşılaşıb. Bu qarşılaşmanın nəticəsi ötən gecə Xorvatiyaya 0:3 hesabı ilə uduzan Argentinanı da yaxından maraqlandırırdı. Çünki İslandiyanın qalib gəlməsi argentinalıların qrupdan çıxmaq şansını heçə endirəcəkdi. Sonda məhz onları ümidləndirən bir nəticə qeydə alınıb. Nigeriya inamlı qələbəyə sevinib. Son turda Argentina qrupdan çıxmaq üçün məhz Nigeriyaya qalib gəlməlidir.

DÇ-2018
II tur
22 iyun

E qrupu

Braziliya – Kosta-Rika – 2:0
Qollar: Koutinyo, 90+1, Neymar, 90+2
Baş hakim: Byörn Kyupers (Hollandiya)
Sankt Peterburq. “Sankt Peterburq Stadionu”

Serbiya – İsveçrə 1:2
Qollar: A.Mitroviç, 5 – Q.Caka, 53. C.Şakiri, 90.
Baş hakim: Feliks Brix (Almaniya)
Kalininqrad. “Kalininqrad Stadionu”

D qrupu

Nigeriya – İslandiya 2:0
Qollar: A.Musa, 39; 75.
Baş hakim: Matt Konger (Yeni Zelandiya)
Volqoqrad. “Volqoqrad Arena”

Loading...

www.yenicag.az

4458
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100