Rusiyada keçirilən dünya çempionatı davam edir.
Yenicag.az xəbər verir ki, bu gün mundialda ikinci tura yekun vurulub.
G qrupunda yer alan İngiltərə millisi Panamanı sınağa çəkib. Avropalılar mundialın debütantını darmadağınla yeniblər.
H qrupunda Yaponiya ilə Seneqal münasibətlərə aydınlıq gətirib. Bol qollu qarşılaşmada qalib olmayıb.
Günün son matçında Polşa və Kolumbiya üz-üzə gəlib. Kolumbiyalılar bu oyunda 3 cavabsız qolla qalib gəliblər.
24 iyun
G qrupu
İngiltərə – Panama 6:1
Qollar: Con Stounz, 8; 40. Harri Keyn, 22-pen; 45+1-pen; 62. Cessi Linqard, 36 – Felipe Baloy, 78.
Baş hakim: Gehad Qrişa (Misir)
Nijni Novqorod, “Nijni Novqorod” stadionu
H qrupu
Yaponiya – Seneqal 2:2
Qollar: Takaşi İnui, 34. Keysuke Honda, 78 – Sadio Mane, 12. Mussa Vaqe, 71.
Baş hakim: Canluka Rokki (İtaliya)
Yekaterinburq, “Yekaterinburq Arena”
Polşa – Kolumbiya 0:3
Qol: Yerri Mina, 40. Radamel Falkao, 70. Xuan Kuadrado, 75.
Baş hakim: Sezar Ramos (Meksika)
Kazan, “Kazan Arena”
www.yenicag.az