Dəhşət! 7 TIR-a od vurdular – FOTO, VİDEO
Türkiyənin Ərzurum-Qars-İğdır magistralında dəhşətli hadisə baş verib.
Yenicag.az xəbər verir ki, bir qrup PKK terrorçusu gecəyarı yoldan keçən avtomobilləri saxlayaraq sürücüləri endirib və terror təbliğatı aparıblar. Daha sonra 7 TIR-a od vurublar. Hüquq-mühafizə orqanlarının hadisədən xəbər tutduğunu öyrənən terrorçular ərazidən uzaqlaşıblar.
Yanan maşınlar səbəbindən sözügedən magistralda uzun tıxac yaranıb. 50-yə yaxın nəqliyyat vasitəsi saatlarla yolda qalıb.