!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli Hiroşima faciəsindən 70 il ötür

!Reklam – Yazi

86f1a480eb62Bu gün Yaponiyanın Hiroşima şəhərinə edilən nüvə hücumunun üzərindən 70 il ötür.

Yenicag.az xəbər verir ki, 1945-ci il avqust ayının 6-sında Amerika Birləşmiş Ştatları hərbi hava qüvvələri Hiroşima şəhərinə nüvə bombası ilə hücum etmiş, nəticədə 140 mindən çox insan həlak olmuşdu.

Şəhərin 60 faizi partayış nəticədində tamamilə dağılmışdı. Yanğınlar və güclü radiyasiyanin səbəb olduğu xəstəliklərdən insanlar indi də əziyyət çəkirlər.

Hiroşima şəhəri indi yenidən qurulsa da, ölkə əhalisi hadisəni əbədi olaraq tarixlərinə həkk ediblər. Bu gün erkən saatlardan başlayaraq hücum nəticəsində həlak olan insanların xatirəsi yad edilib. Minlərlə insan Hiroşima Sülh Xatirə Parkında bir araya gəliblər. Mərasimdə ölkənin baş naziri Sindzo Abe də iştirak edib.

Nazir bildirib ki, Yaponiya nüvə hücumuna məruz qalmış və bunun nə demək olduğunu anlayan bir ölkə kimi dünyada nüvə silahının məhv edilməsinə ən çox çalışan ölkə olmalıdır.

“Yaponiya nüvə silahlı olan və olmayan ölkələrlə əməkdaşlıq etmək üçün çağırışlar edəcək. Və mən nüvə silahlı olmayan bir dünyanın qurulması üçün qətiyyətlə çalışacam”, Sindzo Abe deyib.

Mərasimdə, eyni zamanda, ABŞ prezidenti Barak Obamaya müraciət olub. Dövlət rəsmiləri Obamanı dünyanın nüvə silahından təmizlənməsi üçün addımlar atmağa çağırıblar.

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv