!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli zəlzələ baş verdi: Azı 10 adam həyatını itirdi

!Reklam – Yazi

Haitidə 5.9 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, zəlzələ nəticəsində azı 10 adam həlak olub.

Səlahiyyətlilər, zəlzələdə ən az 10 adamın öldüyünü və çox sayda adamın yaralandığını bildirib.

Bir çox yaşayış binaları və digər tikililərə ciddi ziyan dəyib.

ABŞ-ın Geoloji Araşdırma Mərkəzi (USGS), “Port de Paix” şəhərinin mərkəzindən 19 kilometr şimal-qərbdə baş verən zəlzələnin 11,7 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

Qeyd edək ki, 2010-cu ildə də Haitidə bənzər hadisə baş vermişdi. Bu zaman 7,1 bal gücündə zəlzələ qeydə alınmış ən azı 300 min adam həyatını itirmişdi.

www.yenicag.az

3906
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv