Dəməşqin qərbində üç yerdə partlayış olub

media-hightechnic-468x90

Yanvarın 3-də Suriyanın paytaxtı Dəməşqin qərb hissəsində naməlum şəxslərin hücumu nəticəsində azı üç partlayış baş verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Naharnet” xəbər portalı Suriya təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat verib.

Məlumata görə, atılan raketlərdən biri Məzzə rayonundakı bir məscidin günbəzinə zərər verib. Yaxınlıqda yüksək vəzifəli məmurların yaşadığı villaların yerləşdiyi bildirilir.

Başqa bir raket elit batalyonun kazarmasının yaxınlığında partlayıb, digəri isə şəhərin kənarındakı Məzzə hərbi aerodromuna düşüb.

İnsan tələfatı və dağıntılar barədə heç bir məlumat verilməyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05