Reklam: High Technic
hightechnic

Dəmir yolu vağzalında heç bir şübhəli əşya aşkarlanmayıb - FHN

Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi məlumatı ilə bağlı keçirilən əməliyyat başa çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumatda deyilir. Açıqlamada daha sonra bunlar qeyd olunub:

“FHN-in və digər aidiyyəti dövlət qurumlarının keçirdiyi birgə əməliyyat nəticəsində, xüsusi təlim keçmiş itlər tətbiq olunmaqla, təxminən 10 000 kv.m sahəyə vizual baxış keçirilib, heç bir partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib”.

www.yenicag.az

1051