Dənizdə batan şəxsin meyiti tapıldı

İyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, İ.Rəsulzadənən meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Loading...