Dənizkənarı Milli Parkda intihara cəhd olub

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.