Deputat oğluyla bağlı qalmaqala reaksiya verib
Milli Məclisin üzvü Ayaz Orucov bir neçə gün öncə oğlunun Bakıda bir maşını gülləyə tutması barədə yayılan məlumatlara reaksiya verib.
Millət vəkilinin köməkçisi ANS PRESS-ə açıqlamasında yayılan xəbərlərin əsassız olduğunu söyləyib. Onun sözlərinə görə, millət vəkili məsələ ilə bağlı bir həftə öncə açıqlama verib: “Ayaz Orucov özü yayılan xəbərlərlə bağlı açıqlama verib. O, bu xəbərlərin əsasız və yalan olduğunu söyləyib. Yayılan xəbərlər böhtandır”.
Qeyd edək ki, bir neçə gün öncə millət vəkili Ayaz Orucovun oğlu İsmayıl Orucovun Bakıda iki qadının olduğu maşını təqib etməsi və onlara silahdan atəş açması barədə kütləvi informasiya vasitələrində məlumatlar yayılıb. Hadisə zamanı heç kəsin xəsarət almadığı bildirilib.