!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat: "Proseslərin necə davam edəcəyini, nələrlə qarşılacağımızı..."

!Reklam – Yazi

“Yayılan bu xəbər informasiya müharibəsinin bariz nümunəsidir”.

Bu fikirləri ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun Rusiya qışda Belarus ərazisindən Ukraynaya hücum edə biləcəyi ilə bağlı proqnozuna münasibət bildirən Milli Məclisin deputatı Cavid Osmanov Yenicag.az-a açıqlamasında səsləndirib.

Deputat deyd edib ki, Proseslərin necə davam edəcəyini proqnozlaşdırmaq çətindir:

“Müharibə başladıqdan sonra nə qədər davam edəcəyi haqda müxtəlif fikirlər səslənirdi. Proseslərin necə davam edəcəyini, nələrlə qarşılacağımızı proqnozlaşdırmaq çətindir. Rusiyanın Belarus ərazisindən Ukraynaya hücum edəcəyi ilə bağlı ölkə prezidenti də fikirlər səsləndirib. Belarus Prezidenti münaqişəyə qoşulmayacaqlarını dəfələrlə vurğulayıb.

Yayılan bu xəbər informasiya müharibəsinin bariz nümunəsidir. Gedişata uyğun olaraq proqnozların yanlış və ya doğru olduğunu müşahidə edəcəyik. Ukraynaya durmadan humanitar və hərbi yardım göndərilməsi müharibənin yaxın zamanda bitməyəcəyindən xəbər verir. Tərəflər arasında yaşanan gərginlik hələ bir neçə müddət davam edəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1727
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv