!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatdan Dünya Bankının ekspertinə REAKSİYA - ŞƏRH

!Reklam – Yazi

“Bu istiqamətdə bizim əlavə məsləhətlərə ehtiyacımız yoxdur”.

Bu sözləri Dünya Bankının Cənubi Qafqaz üzrə böyük iqtisadçısı A.Nairin Azərbaycanda iqtisadi artım üçün təklif etdiyi sürətli islahatlar məsələsinə münasibətini bildirən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Yenicag.az-a açıqlamasında bildirb.


O qeyd edib ki, ölkədə rəqabət imkanlarının daha geniş olması üçün əlavə addımlar atmaq üçün yerlər mövcuddur:

“Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi hökümətin gündəmində olan məsələlərdəndir. Artıq 10 ilə yaxındır ki, bu sektorun inkişafına xüsusi diqqət yetirilir. Çünki iqitisadiyyat yalnız enerji resursları üzərində dayanmamalıdır. Təbii ki, bu da ölkədə diqqət mərkəzindədir. Ona görə də hesab edirəm ki, bu istiqamətdə bizim əlavə məsləhətlərə ehtiyacımız yoxdur.

Biz bu sahəni onsuz da inkişafına diqqət ayırırıq və uğurlarımız da mövcuddur. Bəli, Azərbaycan neft ölkəsidir və çox mühüm enerji layihələrinin iştirakçısıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Bu baxımdan bu sahə çox prioritetdir. İqtisadiyyatımızın aparıcı sahəsini təşkil edir. Lakin bununla yanaşı qeyri-neft sektorunu da inkişaf etdirməkdəyik.

Məsələ burasındadır ki, özəl sektorun inkişaf etdirilməsində hər şeydən öncə vətəndaş təşəbbüsləri əsas rol oynayır. Yəni impuls əsasən cəmiyyətdən gəlməlidir. Bu baxımdan özəl sektorun inkişaf etdirilməsi dövlətin atdığı addımlardan birbaşa asılıdır.

Yeri gəlmişkən, qeyd edim ki, Milli Məclisdə kiçik və orta sahibkarlıığın inkişaf etdirilməsi üçün qanunlar qəbul olunur və bu sahə qanunvericilik əsasında möhkəmləndirilir. Bu yönümdə bir sıra mühüm qanunlar qəbul etmişik. Həmçinin mövcud qanunlara müəyyən dəyişiklikilər edilib. Xüsusilə vurğulamaq istəyirəm ki, MM-də dövlət və özəl sektor tərəfdaşlığını tənzimləyən qanun layihəsi qəbul olunub və buna müəyyən dəyişikliklıər edilmişdir. Prioritet sahələr xüsusi olaraq öz ifadəsini tapmışdır. Buna görə də hesab edirəm ki, sözügedən istiqamətdə də addımlar atılmaqdadır. Bunun da nəticələri artıq göz önündədir. Təbii ki, Dünya Bankından hər zaman gözləntiləri ola bilər.

Təbii ki, sağlam rəqabət hər bir ölkənin iqtisadi inkişafının əsas drayderini təşkil edir. Rəqabət sisteminin yaxşılaşdırılması istiqamətində addımların atılmasına ehtiyac vardır. Azərbaycanda son dövrlərdə müşahidə olunan iqtisadi fəallıq dinamikası onu göstərir ki, bazarda rəqabət qabiliyyətli subyektlər hər zaman uğur qazana bilir. Bu rəqabətə dözə bilən məhsulları istehsal edərək xarici bazara çıxarmağa imkanı olan iqtisadi subyektlər rahat şəkildə öz işlərini inkişaf etdirə bilir. Dediyim kimi, ölkədə rəqabət imkanlarının daha geniş olması üçün əlavə addımlar atmaq üçün yerlər mövcuddur. Lakin düşünürəm ki, zamanla bu məsələlər də öz həllini tapacaq. Bazar iqtisadiyyatı öz-özlüyündə bunu tənzimləyi bacarır. Bazar istər-istəməz daha sağlam rəqabətin olmasını tələb edir. Əks halda iqtisadi subyektlərin gözləntiləri heç vaxt özünü doğrulda bilməz. Buna görə də bütövlükdə müasir mərhələdə iqtisadi münasibətlərin xarakteri məhz bazarda özünə yer etməyi rəqabət fonunda mümkün olduğunu göstərir”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv