Derbidə ara qarışdı: Şenol Günəş yaralandı - VİDEO+FOTO

media-hightechnic-468x90

Türkiyə kuboku çərçivəsində keçirilən “Fənərbaxça” – “Beşiktaş” matçında xoşagəlməz hadisələr yaşanıb.

Yenicag.az xəbər verir ki, matçın 57-ci dəqiqəsində azarkeşlə mübahisə edən Tolqa Zengini sakitləşdirməyə çalışan “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş yaralanıb.

Belə ki, azarkeşlərin atdığı yad əşyalardan biri onun başına dəyib. Nəticədə təcrübəli mütəxəssis yerdə qalıb. Sonradan onun başına 5 tikiş qoyulub.

İnsidentdən sonra matçın baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb. Yaralanan Şenol Günəş isə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, baş verən hadisələrə görə “Fənərbaxça”ya texniki məğlubiyyət veriləcəyi gözlənilir.

 

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa