!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Dərman almağa pul tapmıram” - Məşhur müğənni MƏMURLARA SƏSLƏNDİ

!Reklam – Yazi

“Dünən xəstəxanadan çıxmışam, vəziyyətim yaxşı deyil. Ürək çatışmazlığı, onkoloji xəstəliklə mübarizə aparıram. Oğlum borc-xərc edib dərmanlarımı alıb. Çox ağır durumdayam. İki oğlum var, biri xəstədir, o birinin də aldığı maaş heç dərman puluma çatmır. İkisi də subaydır, imkanım yoxdur onları evləndirim”.

Bunu tanınmış xanəndə, “Lalə” qızlar ansamblının ilk solistlərindən olan müğənni Elmira Əliyeva Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi uzun illər müəllim kimi faəliyyət göstərdiyini, dərs dediyi şagirdlərin yüksək çinli məmur olduqlarını bildirib:

“Səhiyyə Nazirinin müavini Elsevər Ağayev, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanov 258 saylı məktəbdə mənim şagirdlərim olub. Onlara ingilis dilindən dərs demişəm. Heç biri məni itirib-axtarmır. 12 kvadratmetr evdə kasıbçılıq içində yaşayıram. Maddi köməyə ehtiyacım var. 50 il bu sənətdə can qoymuşam, amma indi məni yada salan belə yoxdur. Dərmanlarımı almağa pul tapmıram”.

Cəvahir

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv