!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dilarə: “Əgər ortada sevgi yoxdursa, o halda…”

!Reklam – Yazi

“Təbii ki, bütün bunlar o vaxt olur ki, ortada sevgi və qarşı tərəfi itirmək qorxusu var…”

Bunu 30 illik ailə həyatı barədə sirlərini bölüşərkən tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyeva Yenicag.az-a açıqlamasında deyib.

D.Əliyeva ailəsinin üzunömürlü olmasının səbəblərini açıqlayıb:

“Evlilik həyatı səbr, dostluq, güzəştə getməyi, anlaşmağı tələb edir. Bir insan hansısa insanı dəyişməyə səy göstərirsə, bu, qarşı tərəfin xoşuna gəlmir. Ən yaxşısı situasiyaya uyğun hərəkət etməkdir. Təbii ki, bütün bunlar o vaxt olur ki, ortada sevgi və və qarşı tərəfi itirmək qorxusu var. Əgər bunlar yoxdursa, qalan şeylərin heç birindən danışmağa lüzüm yoxdur. Buna görə, 30 illik evlilik həyatımı başqalarına misal çəkə, bu barədə doya-doya danışa bilərəm. Sözsüz ki, çətinliklərim də oldu. Amma bu ailəni o qədər sevə-sevə qurmuşam, ailəm mənim üçün o qədər dəyərlidir ki, onu qorumaqdan ötəri nə lazımdırsa, hər şey edə bilərəm və etmişəm də. Bundan sonra da hər şeyə hazıram. Bizim bir-birinə möhkəm tellərlə bağlı ailəmiz var. Oqtay həqiqətən ailə üçün yaranmış insandır. Ailənin yükünü çəkən, onun arxasında dura bilən bir insandır. Hər bir qadının arzusu olardı ki, yanında ona arxa-dayaq ola bilən bir həyat yoldaşı olsun. Oqtay bir həyat yoldaşı kimi üzərinə düşənin öhdəsindən layiqincə gəlir. Ailə həyatında səbr, hövsələ çox şeyi həll edir”.

“Elə bir məqam olubmu, qapını çırpıb getmisiz?” sualına aktrisanın cavabı belə oldu:

“Elə bir an gəlmədi və heç bir zaman da gəlmiyəcək. Kimlə yaşadığımın fərqindəyəm. Oqtayın ürəyini o qədər gözəl bilirəm ki… Həddən artıq emosionallığı, hövsələsizliyi var. Amma belə bir söz var e, nəyi var dilindədir. Ürəyi bambaşqadır. Biz bir-birimizin üzünə belə söz demirik. Oqtay qətiyyən romantik və duyğusal söhbətləri sevmədiyindən və belə söhbətlərə hazır olmadığından bu barədə yalnız müsahibə verərkən deyirəm. Oqtay olmadan nə özümü, nə həyatımı, nə düzənimi təsəvvür belə etmirəm”.

Cəvahir

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv