!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dilarədən İNANILMAZ ETİRAF: “Cilddən-cildə, dondan-dona girməyi sevirəm”

!Reklam – Yazi

“İnsan nə qədər xoşbəxt olmasa da, kiminsə həyatına müdaxilə edib tələyə salmaqla, müxtəlif oyunlarla özünü xoşbəxt etməyə cəhd göstərməməlidir”.

Bunu tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyeva tamaşaçılar tərəfindən birmənalı qarşılanmayam qalmaqallı obrazından danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Aktrsia “Yuxu kimi” serialında oynadığı obrazın tamaşaçılar tərəfindən nifrətlə qarşılandığını deyib:

“Yuxu kimi” serialındakı xarakterimlə bağlı tamaşaçı rəyi heç də birmənalı olmadı. Məni həmin obrazda görmək istəmədiklərini yazdılar.
Amma aktrisa olaraq bu obraz mənim üçün maraqlı idi. Heç vaxt oynamadığım, fərqli, mürəkkəb bir obrazda tamaşaçı qarşısına çıxdım. Təəssüf ki, cəmiyyətimizdə belə xarakterlər var. İşini, peşəsini hədsiz dəyərləndirən bir insan kimi özümü bu xarakterlə sınamaq qərarına gəldim. Rövşən İsax bu obrazı mənə təklif edəndə təəccübləndim, həm də həyəcanlandım. İlk dəfədir oynadığım obraza nifrət edirəm və heç cürə ona haqq qazandırmıram. İnsan nə qədər də xoşbəxt olmasa da, kiminsə həyatına müdaxilə edib tələ quraraq, müxtəlif oyunlarla özünü xoşbəxt etməyə cəhd göstərməməlidir. Başqasının bədbəxtliyi üzərində xoşbəxt olmamalıdır. İnsan yalnız o halda xoşbəxt olmalıdır ki, olmalıdır. Əks halda, özünə nifrət qazanır. Əsmər xarakteri isə tamaşaçıda nifrət doğurdu. Elə özümdə də yaratdığım obraza qarşı nifrət hissi yarandı”.

Aktrisa obrazının tamaşaçı nifrəti qazanmasına baxmayaraq, yenidən fərqli və mürəkkəb bir xarakterlə onların qarşısına çıxacağını bildirib:

“Yeni bir filmdə tamaşaçım yenə də mənim timsalımda heç vaxt gözləmədiyi bir xarakterin şahidi olacaq. Elə özüm də ilk dəfə bu obrazı canlandıracağımı biləndə çaşıb qaldım. Amma, eyni zamanda, cilddən-cildə, dondan-dona girməyi çox sevirəm. Bu dəfə də obrazımın tamaşaçıda hansı təəssürat oyadacağını, necə reaksiya verəcəyini maraqla gözləyirəm”.

Cəvahir

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv