!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİM-in imtahan fiaskosu: Doktoranturaya namizədlər çaş-baş qaldılar - SƏHV

!Reklam – Yazi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktorantura və dissertantura səviyyəsində xarici dildən təşkil edilmiş qəbul imtahanında problemlər yaşanıb.

Yenicag.az xəbər verir ki, problem dinlə mətnlərində yaranıb.

Belə ki, namizədlərə verilmiş sual kitabçalarının üzərində 1-5-ci test tapşırıqlarının monoloq tipli birinci dinləmə mətninə, 6-10-cu test tapşırıqlarının isə dialoq tipli dinləmə mətninə aid olduğu qeyd edilsə də, test kitabçasında mətnlərin yerləri və nömrələri dəyişik olub.

Beləliklə, namizədlər verilmiş zaman aralığında 1-5-ci test tapşırıqları ilə tanış olduqdan sonra mətn səsləndirilib. Bu zaman bəlli olub ki, səslənən mətn 6-10-cu test tapşırıqlarının dinləmə mətnidir.

Bu da namizədlərdə çaşqınlıq yaradıb, əlavə vaxt itkisinə və stressə səbəb olub.

DİM tərəfindən imtahanların vaxtı yarım saat artırılıb və namizədlər üçün dinləmə mətnləri yenidən səsləndirilib.

Qeyd edək ki, problem ümumi xarakter daşıyıb.

www.yenicag.az

10705
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv