DİN Biləsuvardakı ağır yol qəzası ilə bağlı məlumat yaydı

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi (DİN) Ələt-Astara avtomobil yolunun 80-ci kilometrliyində üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a bildirib ki, qəzanın zəncirvari şəkildə baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Avqustun 30-da saat 20 radələrində Ələt-Astara yolunun 80-ci kilometrliyində, Biləsuvar rayonunun ərazisində Bakı şəhər sakini Səadət Fərəczadənin idarə etdiyi “Hyundai” markalı minik avtomobili yolun kənarındakı maneəyə dəyərək aşıb. Nəticədə sərnişinlərdən ikisi – S.Fərəczadənin oğlu Səfər və qardaşı oğlu Riyad Hüseynov hadisə yerində ölüb. Sürücü ilə birlikdə daha 4 sərnişin – sürücünün qızları – Nigar və Fidan, həmyerliləri Günel Hüseynova və onun azyaşlı oğlu Rafiq Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. G.Hüseynovanın vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600