DİN-dən çimərliklərdə azyaşlıların nəzarətsiz qalması ilə bağlı çağırış - VİDEO

media-hightechnic-468x90

DİN çimərlik zonalarında azyaşlıların nəzarətsiz qalması ilə bağlı çağırış edib.

Yenicag.az xəbər verir ki, çağırışda deyilir:

“Hazırda müşahidə olunan qızmar yay günlərində insanların çimərliklərə və istirahət zonalarına kütləvi axını müşahidə olunur. Bütün bunlar nəzərə alınaraq polis əməkdaşlarının çimərlik və istirahət məkanlarında fasiləsiz xidməti davam etdirilir. Sıxlıq müşahidə edilən ərazilərdə, xüsusilə azyaşlıların təhlükəsizliyini təmin etmək diqqət mərkəzində saxlanılır. Valideynlərə müraciət edərək bildiririk ki, azyaşlılar üzərində ani nəzarətsizlik böyük faciə ilə nəticələnə bilər.

Xüsusən, çimərlik zonalarında azyaşlıların nəzarətsiz buraxılması qəti yolverilməzdir. İstirahət zonalarında qarşılaşdığınız xoşagəlməz hallar barədə isə dərhal yaxınlıqda xidmət aparan polis naryadlarına məlumat verə bilərsiniz. Burada əsas məqsəd ictimai asayişi qorumaq və insanların istirahətini təhlükəsiz şəraitdə keçirməsini təmin etməkdir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600