!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN Xaçmazdakı qətllə bağlı məlumat yaydı

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi Xaçmazda törədilən qətlə bağlı məlumat yayıb.

Yenicag.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Xacmaz rayon sakini Şahin İmanov iyunun 11-də Rayon Polis Şöbəsinə könüllü gələrək tanışı Elbrus ilə birlikdə 10 gün əvvəl Mirzağa adlı şəxsi qətlə yetirdikdən sonra rayonun Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırdıqlarını bildirib.

Məlumatla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.yenicag.az

1862
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv