DİQQƏT – Bakıda daha 5 xidmət mərkəzi yaradılacaq

media-hightechnic-468x90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 2022-ci il üzrə planına əsasən, bu il Bakıda daha 5 ixtisaslaşmış sosial xidmət mərkəzi yaradılacaq.

Yenicag.az xəbər verir ki, bunlardan 2-si sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası üzrə xidmətlər göstərəcək.

Baxımsız uşaqların ailələri ilə profilaktik işləri yerinə yetirən mərkəzin, uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün reinteqrasiya mərkəzinin yaradılması da planlaşdırılıb.

Məişət zorakılığından əziyyət çəkən şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı də ildən-ilə güclənir. Ötən il Agentliyin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsi tərkibində həmin şəxslərə yardım mərkəzi şöbəsi də fəaliyyətə başlayıb.

Bu ildə isə Bakıda məişət zorakılığından əziyyət çəkən şəxslər üçün böhran mərkəzinin də pilot olaraq yaradılması nəzərdə tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600