DİQQƏT – Bakının bu ərazilərində su olmayacaq

Bu gün Bakının Binəqədi və Biləcəri qəsəbələrində su olmayacaq.

Bu barədə Yenicag.az-a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, fasiləyə səbəb Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi ərazisində genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin yenilənməsidir.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.