Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda bərbərxana, gözəllik salonlarının fəaliyyətinə icazə verilir. Amma evdən çıxmaqla bağlı məhdudiyyət qüvvədədir və “SMS icazə” sistemi ilə bu xidmətlərdən yararlanmaq olar.
Yenicag.az xəbər verir ki, bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlərə getmək üçün 2-ci indeks üzrə icazə alacaqlar.
Hazırda qüvvədə olan qaydalara görə bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlara 3 saat vaxt verilir.