“Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və siyirtmənin quraşdırılması ilə əlaqədar 27.04.2022-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək “Zərdab”, “Lək” QPS-lərdən, “Zərdab asfalt beton zavodu” və “Ucar Pambıq emalı zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Yenicag.az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, təmir müddətində Zərdab rayonunun tam olaraq, Ucar rayonunun isə 8 kəndinin qaz təchizatında fasilə yaranacaq. Müvəqqəti narahatlığa görə üzr istəyirik.
www.yenicag.az