Elm və Təhsil Nazirliyi: Vitrində süni intellekt, içəridə isə klanların SAVAŞI

media-hightechnic-468x90

Elm və Təhsil Nazirliyində son aylarda “süni intellekt” adı altında keçirilən təmtəraqlı təqdimatlar, konfranslar və PR kampaniyaları əslində çox sadə bir həqiqəti ört-basdır etməyə xidmət edir: bu qurum bu gün təhsili yox, öz daxili intriqalarını idarə etməklə məşğuldur.

media-banner_tuq

Nazir Emin Əmrullayev cəmiyyətə modern idarəçilik görüntüsü satmağa çalışır, amma nazirliyin içində real mənzərə tamamilə başqadır. Burada proseslər təhsil məntiqi ilə yox, qruplaşmaların, şəxsi münasibətlərin və təsir dairələrinin toqquşması ilə hərəkət edir. Nazirliyin kulislərində artıq açıq-aşkar danışılır ki, aparat rəhbəri Mətin Kərimli ayrıca güc mərkəzidir, nazir müavinləri, xüsusilə Həsən Həsənli ayrı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov isə öz xəttini çəkir. Bu xətlərin toqquşması nazirliyi faktiki olaraq iflic vəziyyətinə salıb. Emin Əmrullayev isə bu mənzərənin fonunda nə sistemi silkələyə bilir, nə də proseslərə tam nəzarət edə bilir. O, islahatçıdan çox balans saxlayan məmura çevrilib.

Bu daxili savaşın ən bariz nümunələrindən biri kimi Emin Əmrullayevin uşaqlıq dostu Tural Eyvazlının bacısını mühüm bir posta gətirmək istədiyini, ancaq bu plan Mətin Kərimli və Eşqi Bağırovun müqaviməti ilə qarşılanıb və baş tutmadığını göstərmək olar. Bu faktın özü artıq göstərir ki, söhbət dövlət idarəçiliyindən yox, kim-kimi haraya yerləşdirir savaşından gedir.

Qısacası, bu gün Elm və Təhsil Nazirliyində gedən savaş təhsil uğrunda deyil. Bu savaş uşaqların gələcəyi üçün deyil. Bu savaş müəllimlərin vəziyyəti üçün deyil. Bu savaş kabinetlər, səlahiyyətlər, nəzarət mexanizmləri və pullu axınlar üçündür. Emin Əmrullayev isə bütün bunların fonunda çıxıb süni intellektdən, rəqəmsallaşmadan, yeni dövrdən danışır.

Halbuki problem kompüterlərdə deyil. Problem platformalarda deyil. Problem proqramlarda deyil. Problem bu sistemin başındadır və içindədir.

Bütün bunların fonunda insanın ağlına çox sadə, çox amansız bir sual gəlir: nazirliyin içində bu qədər çəkişmə, bu qədər intriqa, bu qədər klan savaşı varsa, süni intellekt buna nə edə bilər? Süni intellekt kimə tabe olacaq? Mətin Kərimliyə, Eşqi Bağırova, yoxsa bu gün var, sabah yox olan hansısa qruplaşmaya?

Əgər sistemin içində sülh yoxdursa, əgər rəhbərlik öz evinin içində vahid komanda qura bilmirsə, əgər bir qurumun içində hər kəs bir-birinin ayağını qazıyırsa, oraya dünyanın ən ağıllı texnologiyasını da gətirsən, nəticə dəyişməyəcək. Sadəcə xaos daha sürətli, intriqa daha çevik, çəkişmə daha “müasir” olacaq.

Nazirlik içində çəkişmədir. Bu halda süni intellekt buna nə etsin?

Problem proqramda deyil. Problem sistemdədir. O isə hələ də toxunulmaz qalır.

İsmayıl Yusifoğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05